CƏMİYYƏT


Gömrük buraxılış məntəqələrində süni intellekt əsaslı avtomatlaşdırılmış sistem tətbiq olunur REPORTAJ

Ölkəmizin Avropa ilə Asiya arasında körpü rolu oynaması, eləcə də Böyük İpək Yolu üzərində yerləşməsi beynəlxalq yük daşımalarda nəqliyyat bumunun artması ilə müşahidə olunur. Pandemiyadan, həmçinin Vətən müharibəsində Qələbəmizdən sonra ölkəmizin quru yollarına maraq daha da artıb desək yanılmarıq.
AZƏRTAC xəbər verir ki, bu, ilk növbədə, daxili sabitlik və beynəlxalq yükdaşımaların təhlükəsiz hərəkəti ilə bağlıdır. Lakin son dövrlərdə sosial şəbəkə və mətbuatda ölkəmizin gömrük-sərhəd buraxılış məntəqələrində nəqliyyat vasitələrinin gediş-gəlişində sıxlıqların yaranması barədə məlumatlara da təsadüf edilir.