CƏMİYYƏT


Azərbaycan sənayesində ilk: Süni almaz istehsal olunacaq

Azərbaycanda yaxın vaxtlarda ilk dəfə olaraq süni almaz istehsalına başlanılacaq. Belə ki, ölkəmizdə laboratoriya şəraitində yetişdirilmiş almaz emalı sahəsində müəssisənin qurulması nəzərdə tutulur. Yetişdirilmiş almaz emalı sənayesinin qurulması regionda ilk layihədir. AzərGold QSC-nin baş mütəxəssisi Rövşən Əmircanovun sözlərinə görə qurulacaq müəssisə yerli bazarla yanaşı regionun da süni almaz təlabatını ödəyəcək.