CƏMİYYƏT


Xocalı soyqırımının qurbanları İstanbulda yad edilib

İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyaların və dövlət qurumlarının nümayəndələri, Türkiyədə yaşayan azərbaycanlılar və digərləri iştirak ediblər.