CƏMİYYƏT


Haaqada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi tərəfindən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycan və Türkiyə səfirliyinin diplomatları, Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, yerli holland ictimaiyyətinin nümayəndələri iştirak ediblər.