CƏMİYYƏT


Qusarda 23 km uzunluğa malik avtomobil yolları əsaslı təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmirinə start verib.