İDMAN


Qurban Qurbanov: Futbolçuların hazırlığı yaxşıdır

Futbolçuların hazırlığı yaxşıdır və inanıram ki, sabah meydanda onlar özlərinin ən yaxşı oyunlarını göstərəcəklər. AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk görüşü çərçivəsində Bakıda Almaniya "Bayer"inə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.