DÜNYA


Türkiyə Prezidenti: Rusiyanın da iştirakı ilə sülh sammitinə ev sahibliyi etməyə hazırıq

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski görüşüb.
AZƏRTAC xəbər verir ki, iki ölkə lideri görüşdən sonra mediaya birgə açıqlama veriblər.
Bildirilib ki, görüşdə davam edən Rusiya-Ukrayna qarşıdurması, Qara dənizin sabitliyinə təsir edən ixrac dəhlizləri və naviqasiya təhlükəsizliyi kimi məsələlər ətraflı müzakirə olunub, iki ölkə arasında on milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün səylərin artırılması ilə bağlı razılıq əldə edilib.