SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı sistemində toplantı keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zabitlərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədilə keçirilən toplantıda əsas diqqət taktiki, kəşfiyyat, atəş, fiziki və sıra hazırlığından məşğələlərin planlaşdırılaraq keçirilməsinə yönəldilib.