MƏDƏNİYYƏT


Vyanada Novruz bayramı münasibətilə konsert təşkil olunub

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr edilmiş musiqili tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və yerli qonaqlar iştirak ediblər.