CƏMİYYƏT


Bakıda oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər tutulub

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək “VAZ-2107” markalı avtomobilin qaçırıldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliyev Əyyar, Hacızadə Elgiz və Məmmədli Rafiq saxlanılıblar. Saxlanılan şəxslər oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb.