CƏMİYYƏT


Lənkəranda yerləşən Penitensiar kompleksdən xüsusi REPORTAJ

Müəssisədə məhkumlar üçün zəruri şərait, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri olan kameralardan ibarət müxtəlif rejimli korpuslar inşa edilib.
Eyni zamanda, müəssisənin təcridxana hissəsində müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və videogörüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.