CƏMİYYƏT


Şahbuz rayonunun Batabat yaylağına yağan qar yollardan təmizlənir

Naxçıvanın dağlıq və dağətəyi bölgələrinə, xüsusən Şahbuz rayonunun Batabat yaylağına intensiv qar yağıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılır.
Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.