CƏMİYYƏT


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən Novruz təbriki

Novruz fərqli olanları bütövləşdirən bayramdır. Novruz xonçası bayramın əsas atributlarından olmaqla yanaşı, inkluzivliyi özündə ən yaxşı əks etdirən rəmzlərdəndir. Müxtəlif olanlar bir xonçada birləşərək ahəng yaradır. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasında məqsəd sosial cəhətdən fərqli qrupları bir arada toplayaraq, cəmiyyətdə bərabərliyə nail olmaqdır. Mərkəzdə təlimlərə cəlb olunan həssas kateqoriyalara aid şəxslərin iştirakı ilə çəkilmiş videoçarxda bu mövzu əksini tapıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi birliyin, bərabərliyin təntənəsi olan Novruz bayramınızı təbrik edir.