CƏMİYYƏT


Dekorativ tətbiqi sənət ustası: İstəyimiz Qarabağın turizm bölgələrində əl işlərimizi sərgiləməkdir

Bərdə şəhər sakini Fatimə Mehdiyeva ixtisasca ingilis dili müəllimi olsa da mədəniyyət sahəsində çalışır. Onun vitraj, ebru, qurama, keramika, mandala kimi dekorativ tətbiqi sənət növləri ilə məşğul olması da mədəniyyətə, incəsənətə olan sevgisindəndir. AZƏRTAC-ın bölgə müxbiri Bərdədə Fatimə Mehdiyevanın əl işləri ilə tanış olub, uğur hekayəsini dinləyib. Fatimə Mehdiyeva bildirib ki, ilk əl işləri lentlə düzəltdiyi güllər olub.