CƏMİYYƏT


Qaxın Ənbərçay kəndində at yarışı keçirilib

Baharın gəlişi və Novruz bayramının qeyd edildiyi bu günlərdə qədim el-ənənələri, tarixi oyunlar yada düşür.

AZƏRTAC xəbər verir ki, Qaxın Ənbərçay kəndində at yarışlarının keçirilməsi ənənəsi bu gün də yaşadılır. Kənddə tarixən at saxlayan, atdan istifadə edən çox olub və at yarışlarının keçirilməsi də həmin istəkdən irəli gəlir. Bu kənddə dədə-babadan at insanların həyatında mühüm rol oynayıb. Maraqlıdır ki, hazırda kənddə at saxlayanların sayı 50 nəfərə çatır. Əksər təsərrüfat işlərini atla görən Ənbərçaylılar el bayramlarında da qədim oyunları və yarışları unutmurlar.