CƏMİYYƏT


Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə martın 20-dən 26-dək 15 min 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.