CƏMİYYƏT


Qaradağ və Masallı rayonlarında əməliyyatlar - 50 kiloqram narkotik vasitə ələ keçirildi

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixində keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb. Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb.