CƏMİYYƏT


İran Baş prokurorunun müavini: Xəzər hövzəsində ekoloji mühiti qorumaq üçün yaxın əməkdaşlığa hazırıq

“İran ekoloji problemlərə çox ciddi yanaşır və hüquq sistemində ekoloji mühitin qorunmasına nəzarət məhkəmə hakimiyyətinin öhdəsindədir”.
AZƏRTAC xəbər verir ki, bunu İranın Baş prokurorunun müavini Qolam Abbas Torki Bakıda Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.