CƏMİYYƏT


FHN-ın əməkdaşları güclü küləyin yaratdığı fəsadları aradan qaldırıblar

Aprelin 4-də səhər saatlarından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib. Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib. Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib. Nazirliyin 112 - qaynar telefon xəttinə güclü külək nəticəsində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanındakı onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanında peyk antenasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaratması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə peyk antenası götürülərək mümkün fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.