CƏMİYYƏT


Vətən müharibəsindən sonra aşkarlanmış minaların sayı açıqlanıb

2020-ci il noyabrın 10-dan bu günədək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti zamanı 129 min 831 hektar ərazi təmizlənib. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Agentlik tərəfindən aprelin 4-də keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.