CƏMİYYƏT


Kürdəmirdə yol qəzası baş verib, yaralananlar var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 165-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, 48 yaşlı Yasin Quliyev idarə etdiyi minik avtomobili ilə 33 yaşlı İlkin Suvarovun idarə etdiyi minik maşını toqquşub.
Nəticədə hər iki avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.