CƏMİYYƏT


Şəhidlik zirvəsinə yüksələn qəhrəman

Azərbaycan Silahlı Qüvvələri tərəfindən ötən il keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn leytenant Füzuli Məmmədovun bu gün 35 yaşı tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvləri onun ad günündə məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.