SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: XİN: Ermənistan təxribatçı addımlardan çəkinməlidir

Ermənistan tərəfinin son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı müntəzəm şəkildə törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlar ilə bağlı bəyanatına dair şərhində bildirilib.