CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi avtovağzallarda daşıyıcılar və sərnişinlərlə görüş keçirib

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daşıyıcılarla maarifləndirmə xarakterli görüşlər keçirib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində təşkil olunan tədbirdə sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan hüquqi və fiziki şəxslərə, eləcə də sürücülərə hüquq və vəzifələri haqda bir daha geniş məlumat verilib, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, həmçinin iş və istirahət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması xüsusi vurğulanıb.