CƏMİYYƏT


“Təzəpir” məscidində bayram namazı qılınıb

Aprelin 10-u müqəddəs Ramazan bayramıdır. Bu münasibətlə bu gün Bakıdakı “Təzəpir” məscidində bayram namazı qılınıb. AZƏRTAC xəbər verir ki, bayram namazının qılınmasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edib. Qeyd edək ki, aprelin 10-11-i Azərbaycanda Ramazan bayramı qeyd olunur.