CƏMİYYƏT


Sağlamlıq haqqında arayışlar elektronlaşır

Yeni yaradılan sistemin məqsədi vətəndaşlar üçün tibb xidmətini daha çevik və əlçatan etməkdir. Buna görə də TƏBİB tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma prosesi həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkib hissəsi kimi “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibbi arayışlar elektronlaşdırılıb. Bu xidmət pilot layihə kimi paytaxtın 39 nömrəli poliklinikasında artıq həyata keçirilir.