MÜSAHİBƏ


Natiq Baxışov: Azərbaycan bankları bundan sonra da iki ölkə arasında ticarətə töhfə verməyə davam edəcək

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, missiyanın keçirilməsinin əsas məqsədi Azərbaycan və ABŞ arasında bankçılıq, maliyyə və ticarət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsidir. Missiya çərçivəsində bankların həm dövlət orqanları, həm də özəl sektorla görüşləri baş tutub: “ABŞ Dövlət Departamenti, Xəzinədarlıq Departamenti, Ticarət Departamenti, ABŞ-nin İxrac-idxal Bankı və ABŞ-ın Beynəlxalq İnkişafın Maliyyələşməsi Bankında keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Görüşlərdə iki ölkə arasında ticarətin maliyyələşdirilməsində bankların rolu xüsusilə vurğulanıb. Biz də Ticarət Palatası olaraq ümidliyik ki, Azərbaycan bankları bundan sonra da iki ölkə arasında ticarətə töhfə verməyə davam edəcək”.