CƏMİYYƏT


FHN-in metrodakı təliminə 5 texnikası və 35 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Cəfər Cabbarlı” stansiyasında taktiki xüsusi təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.