DÜNYA


Çində yağan dolu evlərin dam örütüyün deşib

Çinin şərqindəki Ciansi vilayətinin Fucou şəhərinə toyuq yumurtası ölçüsündə dolu yağıb.
Güclü küləklə müşayiət olunan dolu şəhərdə fəsadlar törədib. Belə ki, külək və dolu ağacların budaqlarını qırıb, bəzilərini kökündən çıxarıb, tikililərə və avtomobillərə ziyan dəyib. Dolu bəzi evlərin dam örtüyünü deşib.
Səlahiyyətli qurumlar əhaliyə qarşıdakı günlərdə hava proqnozuna diqqət yetirməyi, əlverişsiz hava şəraitinin yaradacağı təhlükəli vəziyyətlərə hazır olmağı tövsiyə edib.