SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Mina partlayışında xəsarət alan hərbi qulluqçumuzun vəziyyəti açıqlandı

Dövlət Sərhəd Xidməti hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması hadisəsi ilə bağlı açıqlama verib. Qurumdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə Qazaxın Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlu ayağından xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.