İQTİSADİYYAT


Dövlət büdcəsində 800 milyon manatdan çox artıqlıq yaranıb

Maliyyə Nazirliyinin məlumatına görə 2024-cü ilin birinci rübündə dövlət büdcəsində 820 milyon manatdan çox artıqlıq yaranıb. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çoxdur. Bəs maraqlıdır bu il dövlət büdcəsinin gəlirlərinin çoxalmasının səbəbi nədir? Büdcə sistemi haqqında qanuna əsasən dövlət büdcəsinə hər ilin mayın 15-dən tez və oktyabrın 15-dən gec olmayaraq yenidən baxıla bilər. Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, əgər cari ildə dövlət büdcəsinə yenidən baxılarsa, sözügedən profisit, yəni artıq məbləğ bir neçə istiqamətə yönəldiləcək.