CƏMİYYƏT


COP 29-un yaratdığı imkanlar: Yeni iş yerləri açılacaq

Bu ilin noyabr ayında keçiriləcək COP29 Beynəlxalq tədbiriylə bağlı bir sıra vergi güzəştləri tətbiq olunur. Sözügedən tədbirinin Azərbaycanda keçirilməsiylə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunan qeyri rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər bu ilin martın 1-dən etibarən 9 ay müddətinə gəlir vergisindən azad olunub. Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə bu güzəştlərin tətbiq edilməsi sahibkarlar üçün yeni imkanlar yaradacaq və eyni zamanda yeni iş yerlərinin də açılmasına səbəb olacaq.