DÜNYA


Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Çinin kosmik stansiyasında 6 aylıq fəaliyyətini başa vuran “Şencou-16” missiyasının astronavtları aprelin 30-da Yerə qayıdıblar.
Astronavtlar Tan Honbo, Tan Şencie və Cian Sinlini gətirən “Şencou-17” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə aprelin 30-da səhər saat 8:43-də “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul saat 18:00 radələrində Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaqlar. Agentlik “Şencou-17” missiyasının uğurla başa çatdığını elan edib.