MƏDƏNİYYƏT


Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Aprel ayı istanbullular və şəhərin qonaqları üçün “Lalə Festivall” ilə yadda qalır. Hər ilin bu ayı İstanbulun Emirgan qoruğu, Gülhane parkı, Sultan Ahmet Meydanı kimi müxtəlif bölgələri lalələrlə bəzədilir. AZƏRTAC xəbər verir ki, bu il 19-su keçirilən İstanbul Lale Festivalı çərçivəsində şəhərin müxtəlif yerlərində 158 növ lalə soğanı, 7 növ sümbül, 8 növ nərgiz olmaqla ümumilikdə 7 milyon 962 min 701 gül əkilib.  Festivalın adı Osmanlı imperiyanın bir dövrünü tərənnüm edir. Osmanlı padişahlarından III Ahmetin hakimiyyətinə təsadüf edən (1718-1730-cu illər) “Lalə dövrü” əyləncə dövrü kimi tanınır və adını çox sonralar İstanbulda yetişdirilən, zamanla bütün dünyada məşhurlaşan lalə çiçəklərindən alıb. Bəzi mənbələrdə o dövrdə İstanbulda 200-dək lalə növünün yetişdirildiyi haqda məlumatlar da var.