CƏMİYYƏT


Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Əzizov Azərdən 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Hüseynov Muraddan 4 kiloqram 375 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Xanlarzadə Oktay saxlanılıb. Ondan 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.