CƏMİYYƏT


Horovlu sakinləri bu evlərdə yaşayacaq – EKSKLÜZİV REPORTAJ

Cəbrayıl rayonunun Horovlu kəndində tikinti, quruculuq işləri sürətlə həyata keçirilir. İlkin olaraq  kənddə 334 ailə üçün yaşayış evi tikilməkdədir, sonra mərhələli şəkildə 1395 nəfər kənd sakininin  öz yurdlarına  geri dönməsi nəzərdə tutulub. Yaxın gələcəkdə  isə bu kənddə 3470 nəfərin (867 ailənin) yaşaması nəzərdə tutulur. Odur ki, mövcud məskunlaşma ərazisi 93.74 ha olsa da, gələcək inkişaf perspektivləri də nəzərə alınaraq kənd ərazisi 246.1 ha qədər genişləndiriləcək.  Sakinlər üçün İnşa edilən evlər iki, üç, dörd və beş otaqlıdır.