SİYASƏT


“Bakı Prosesi” qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib

2008-ci ildən etibarən tanınmış alimlərin, ekspertlərin, ictimai-siyasi xadimlərin cəlb olunduğu “Bakı Prosesi” qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib. Bu gün biz burada fərdlər kimi deyil, eyni məqsəd və niyyətə inanan, müxtəlifliyin və qarşılıqlı anlaşmanın qorunması istiqamətində birgə addım atmağa hazır olan insanlar kimi toplaşmışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyasında çıxışı zamanı söyləyib.