SİYASƏT


Banqladeş təmsilçisi: Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir

Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət və qarşılıqlı anlaşmanı bərqərar edir. AZƏRTAC xəbər verir ki, bunu Banqladeşin keçmiş səfiri və İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı deyib.