CƏMİYYƏT


Bakıda Şri-Lanka vətəndaşlarından hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb

Paytaxtda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə ölkəmizə gəlmiş 5 Şri-Lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, M.Prashant guya zərərçəkənlərə Bakıdakı özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmaq üçün kömək göstərəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb.