CƏMİYYƏT


Yeni yol hansı ərazilərdən keçəcək?

Paytaxtda yeni yol çəkilir. Yeni yol Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel "Koroğlu" metro stansiyasınadək olacaq. Layihə çərçivəsində 4 tunelin tikilməsi nəzərdə tutulur ki, bunlardan biri də olduğumuz Şəki dairəsi kimi tanınan ərazidə olacaq.  Yeni yol nəqliyyatın sıxlığının qarşısının alınmasına hədəflənib. Ekspertlər deyir ki, yeni yol digər istiqamətlərdə də sıxlığın aradan qaldırılmasına təsir edəcək.