CƏMİYYƏT


Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Pasxa ibadətləri şənbə günündən bazara keçən gecə başlayıb. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar.