CƏMİYYƏT


Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Azərbaycanda yaşayan pravoslavlar bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, mayın 4-dən 5-nə keçən gecə Bakıda və Azərbaycanın regionlarında yerləşən pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib. Məbədlərə gələnlər ibadət edib, şamlar düzüblər.
Bayram ərəfəsində pravoslav xristianları icmasına təbrik ünvanlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir.