CƏMİYYƏT


Kürdəmirdə yağan güclü yağış fəsadlar yaradıb

Kürdəmirdə bir-neçə saat davam edən güclü leysan yağışları rayonun bir-neçə küçə və prospektlərində gediş-gəlişi məhdudlaşdırıb. Rayon mərkəzinin Bakı və Heydər Əliyev prospektlərində, eləcə də Xanlar Səfərəliyev, Şəhriyar küçələrində vəziyyət daha ciddidir. Yağış suları istər avtomobillərin, istərsə də piyadaların hərəkətinə əngəl yaradıb. Hazırda aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirilir.