CƏMİYYƏT


İstismar müddətini başa vurmuş Cavanşir körpüsü REPORTAJ

Afiyəddin Cəlilov ilə Üzəyir Hacıbəyli küçələrini biləşdirən Cavanşir körpüsü sökülə bilər. Çünki keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində və dayaqlarda korroziya meydana gəlməsi, qopmalar müşahidə olunur. Cavanşir körpüsünün salınması həmin vaxt ərazidə mövcud olmuş liman və dəmir yolu ilə bağlı olub. İndi bu infrastrukturların heç biri yoxdur. Başqa bir məsələ bu ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün müasir ahəngə xələl gətirməsidir. Hazırkı vəziyyət onu göstərir ki, körpü müasir standarlara, intensivliyə cavab vermir, təhlükə yaradır.