İQTİSADİYYAT


Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur. Hazırda ümumi sahibkarlar arasında qadınların payı 22,7 faiz təşkil edir. 2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2021-ci ildə 64,8 faiz və 2022-ci ildə isə 67,1 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.