CƏMİYYƏT


Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon sakinləri iştirak ediblər.
Dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Gülalı Dadaşov 1994-cü ilin yanvarın 1-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb.
Onun qalıqları Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki “Peyğəmbər” qəbiristanlığında aşkarlanıb.