ORDU


Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə qarşılıqlı işgüzar görüş keçirilib. Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
İşgüzar şəraitdə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, son illər Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlardan və tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.