CƏMİYYƏT


“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

Təqdimatdan əvvəl çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycanla bağlı dəqiq hədəfləri və məqsədləri müəyyənləşdirdi. Bununla əlaqədar, həmçinin Heydər Əliyev Fondu qarşısında bəzi fəaliyyət istiqamətləri durur. Bunlardan biri arxivlərlə işin aparılmasıdır.