SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Prezident İlham Əliyev Qarabağda açılışlar etdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində, Şirin su hamamının və Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım Şuşada Çöl Qala məscidində, Üzeyir Hacıbəylinin ev-muzeyində və Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar, Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə də tanış olub.