MƏDƏNİYYƏT


NTV istirahət məkanı kimi Bakı ilə Dubayı müqaisə etdi

Rusiyanin NTV kanalında yayımlanan “Dvoynıye standartı. Tut vam ne tam!” proqramı 30 min rus rubluna isirahət günlərini Bakı və Dubayda necə keçirməyin mümkün olduğuna dair müqayisə aparıb. AZƏRTAC NTV-yə istinadən xəbər verir ki, proqramın aparıcıları Bakı və Dubaya səfər ediblər və bu şəhərlərdə 30 min rus rubluna necə istirahət etməyin mümkün olduğunu aydınlaşdırmağa çalışıblar.